Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrufatı sahəsində apardığı islahat dəstəkləmək və ölkəyə mütərəqqi lizing xidmətləri modelini gətirmək məqsədilə 2019-cu ilin Mart ayından etibarən “MK LİZİNG” MMC adı ilə şirkətimiz fəaliyyətə başlamış, Avqust ayından etibarən isə rebrendinq edərək “GLOBAL LEASING” adı ilə müvafiq xidmət göstərilməsini davam etdirmişdir. Şirkət, Azərbaycanda orta və iri miqyasda sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri üçün 2 istiqamətdə (dövlət kredit və subsidiyası; özəl kredit) operativ qaydada təşkil olunmuş lizinq xidmətlərini təklif edir. Peşəkar kadrlara malik olan “GLOBAL LEASING” QSC müştərilərinə yüksək səviyyədə xidmətlər göstərməklə keyfiyyət amilini kəmiyyət amilindən üstün tutur.